“Google”-ın edə bilmədiyini “Apple” Siri edə bilər

“Google”-ın edə bilmədiyini “Apple” Siri edə bilər
Kateqoriya məlum deyil
T

“Google”-ın axtarış nəticələrində süni intellekt xülasələrini ön plana çıxarması xəbər saytlarının trafikinə ciddi təsir edib. Bəzi məlumatlara görə, saytların klik sayı təxminən üçdə bir azalıb. Bu vəziyyət bir sıra media qurumlarını işçi ixtisarlarına belə məcbur edib.

Sfera.az xəbər verir ki, “Apple” isə Siri-nin yeni süni intellekt imkanları ilə fərqli yanaşma sərgiləyə bilər. iOS 27 beta versiyasında Siri istifadəçilərə yalnız süni intellekt tərəfindən hazırlanmış xülasələri deyil, mənbələrdən götürülmüş mətn parçalarını da göstərməyə başlayıb.

“Wall Street Journal”ın məlumatına görə, “Apple” Siri-də istifadə etmək üçün jurnalist materialları təqdim edən nəşriyyatlarla ödənişli əməkdaşlıqlar qurmaq üçün danışıqlar aparır. Şirkətin “istifadə etdikcə ödə” modelinə üstünlük verəcəyi və bunun üçün yüksək büdcə ayıracağı bildirilir.

Bu modelə əsasən, istifadəçi tərəfdaş media qurumunun xəbəri və ya araşdırması barədə Siri-dən məlumat istədikdə, həmin məzmunun təqdim edilməsinə görə nəşriyyata ödəniş ediləcək. Bununla da istifadəçilər həm məlumatın mənbəyini görə, həm də jurnalistlər tərəfindən hazırlanmış orijinal məzmunu oxuya biləcəklər.

“Apple” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Yeni sistemin sentyabr ayında keçiriləcək təqdimat tədbirində elan edilə biləcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR