Trampdan Rubioya unikal HƏDİYYƏ

Trampdan Rubioya unikal HƏDİYYƏ
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubionun 55 illik yubileyi münasibətilə Ağ Ev əməkdaşları ona 68 memdən ibarət qeyri-adi kollaj hədiyyə ediblər.

Sfera.az xəbər verir ki, “Axios” portalının yaydığı fotoya əsasən, qızılı çərçivədə hazırlanmış kollajda Rubio “Simpsonlar” və “South Park” personajı, “Kiss” qrupunun üzvü, Şaxta baba, Roma papası və digər obrazlarda təsvir olunub. Hər şəklin üzərində Ağ Ev əməkdaşlarının Rubionun ad günü münasibətilə yazdığı təbriklər yer alıb.

ABŞ Prezidenti Donald Tramp isə kollajda Rubio üçün “Sən möhtəşəmsən!” yazıb.

Rubio ilə bağlı məşhur memlər 2025-ci il fevralın 28-də Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki gərgin görüşündən sonra yayılmağa başlayıb. Görüş zamanı Tramp və vitse-prezident Cey Di Vens Zelenskini sərt tənqid edərkən Rubio kənarda sakit şəkildə oturaraq müzakirəyə müdaxilə etməyib.

Ağ Evdəki mənbələr Rubionun administrasiyada üç rəsmi vəzifəsi ilə yanaşı, “viral memlərin ulduzu” kimi qeyri-rəsmi statusa da sahib olduğunu bildiriblər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR