Ermənistan hakimiyyəti: Ermənilərə vətəndaşlığın asan verilməsi problemə çevrilib

Kateqoriya məlum deyil
T
Ermənistan hakimiyyəti ölkə hüdudlarından kənarda yaşayan etnik ermənilərə vətəndaşlığın çox asan verilməsini problem hesab edir.
Sfera.az xəbər verir ki, bunu Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan bildirib.
Onun sözlərinə görə, Ermənistan etnik ermənilərin vətəndaşlıq alması üçün faktiki olaraq heç bir ciddi tələb irəli sürmür və bu məsələnin həllinə ehtiyac var.
Kazaryan qeyd edib ki, Ermənistan vətəndaşlığına ən çox Rusiyada yaşayan ermənilər müraciət edir. Onun iddiasına görə, onlar bununla bəzi Qərb ölkələrinə viza alma prosesini asanlaşdırmağa və daha rahat səyahət etməyə çalışırlar.
İnci
Sfera.az






