BƏƏ: İran Hörmüz boğazından keçən iki gəmiyə hücum edib

Kateqoriya məlum deyil
T
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranı Hörmüz boğazından keçməyə çalışan iki gəmiyə hücum etməkdə ittiham edib.
Sfera.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi hadisəni “İranın düşmənçilik xarakterli hücumu” adlandıraraq pisləyib. Məlumata görə, zərbələr Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus iki gəmiyə endirilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı açıqlanmayıb.
ADNOC da gəmilərinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib və vəziyyətin nəzarətə götürüldüyünü bildirib.
Qeyd edək ki, hücum təhlükəsi və sığorta xərclərinin kəskin artması fonunda Hörmüz boğazından keçən tanker və ticarət gəmilərinin sayı sutkada təxminən 130-dan 26-ya qədər azalıb.
İnci
Sfera.az






