Körfəzdə neft sızması: Minlərlə kvadratkilometr ərazi çirklənib

Körfəzdə neft sızması: Minlərlə kvadratkilometr ərazi çirklənib
Kateqoriya məlum deyil
T

Körfəz regionunda baş verən hadisələr ciddi ekoloji problemlərə səbəb olub. İranda Qeşm adasının sahillərinə neft qalıqları çatıb, Omanda isə Rusiyanın “kölgə donanması”na aid tankerdən sızan neft ləkəsi 2 min kvadrat kilometrdən çox əraziyə yayılıb.

Sfera.az xəbər verir ki, Qeşm adasının sahillərində və Hara manqrov meşələri ərazisində neft qalıqları aşkarlanıb. İran rəsmiləri ərazinin əsas hissəsinin təmizləndiyini, monitorinqin isə davam etdiyini bildiriblər. Tehran hadisəyə xarici yük gəmisinin səbəb olduğunu açıqlayaraq kompensasiya tələb edib.

Daha böyük sızıntı isə Omanda qeydə alınıb. Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Caroline Bezengi” tankeri iyunda Oman sahillərində qayalara oturduqdan sonra neft sızdırmağa başlayıb. Təxminən 1 milyon barel Rusiya nefti daşıyan tankerdən yayılan ləkə qısa müddətdə 2 min kvadrat kilometrdən çox əraziyə çatıb.

Neft Oman sahillərində 40 kilometrədək sahil xəttini çirkləndirib. Hallaniyat adaları yaxınlığındakı ərazi dəniz tısbağaları, balinalar, dəniz quşları və mərcan rifləri üçün mühüm yaşayış məkanıdır.

Mütəxəssislər musson mövsümünün davam etməsinin neftin yayılmasını daha da çətinləşdirə biləcəyini bildirirlər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR