ABŞ Yaponiyanın Kuril adaları ilə bağlı suverenliyini tanıdığını açıqladı

ABŞ Yaponiyanın Kuril adaları ilə bağlı suverenliyini tanıdığını açıqladı
Kateqoriya məlum deyil
T

ABŞ Yaponiyanın Kuril adaları üzərində suverenliyini tanıyır. Bu barədə ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass “X” sosial şəbəkəsində paylaşım edib.

Sfera.az xəbər verir ki, diplomat ABŞ-nin mühüm müttəfiqi Yaponiyanı dəstəkləməyə davam etdiyini bildirib.

“ABŞ ən mühüm müttəfiqinin yanında möhkəm dayanır və Yaponiyanın Şimal əraziləri üzərində suverenliyini tanıyır”, – deyə Qlass yazıb.

O əlavə edib ki, ABŞ-Yaponiya ittifaqı bütün Hind-Sakit okean regionunda rifahın təmin olunmasına çalışır və Vaşinqton sülh və sabitliyi pozan addımlara imkan verməyəcək.

Yaponiya Cənubi Kuril adalarını – Kunaşir, İturup, Şikotan və Habomai adalar qrupunu – “Şimal əraziləri” adlandırır və Rusiyanın bu ərazilər üzərində suverenliyini tanımır. Moskva isə öz növbəsində ərazi mübahisəsinin mövcudluğunu qəbul etmir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Kuril adalarına səfər edib. Yaponiyanın Baş naziri Sanae Takaici isə Rusiya liderinin adalara səfərini tənqid edərək İturupu “Yaponiyanın əzəli ərazisi” adlandırıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR