Dünyanın ən aqressiv sürücüləri hansı ölkələrdədir? – İlk sırada İtaliya

Dünyanın ən aqressiv sürücüləri hansı ölkələrdədir? – İlk sırada İtaliya
Kateqoriya məlum deyil
T

Dünyanın məşhur turizm ölkələri arasında avtomobil idarə etmək baxımından ən rahat və ən stresli məkanlar müəyyənləşdirilib.

Sfera.az xəbər verir ki, nəticələr DiscoverCars.com platformasının 2026-cı ilin aprelində keçirdiyi qlobal sorğuya əsaslanır. Sorğuda 713 nəfər iştirak edib.

Respondentlərin 23 faizi İtaliyada ən aqressiv sürücülərlə qarşılaşdıqlarını bildirib. İtaliya həmçinin ölkə sakinlərinin öz qiymətləndirməsində də 5 ballıq şkala üzrə 3,5 bal alaraq ilk pillədə qərarlaşıb.

İkinci yerdə Böyük Britaniya var. Respondentlərin 11 faizi burada aqressiv sürücülüklə qarşılaşdığını deyib.

ABŞ 9 faizlə üçüncü, Fransa və Avstraliya isə 5 faizlə növbəti pillələrdə qərarlaşıb. İspaniya və Türkiyə isə 4 faizlə siyahını tamamlayıb.

Araşdırmaya görə, sürücüləri yolda ən çox qıcıqlandıran davranış isə dönmə zamanı siqnal işığından istifadə etməməkdir (56 faiz). İkinci yerdə digər avtomobilə həddindən artıq yaxın məsafədə hərəkət etmək (46 faiz), ötmə zolağında yavaş sürmək isə 43 faiz göstərilib. Ani əyləcləmə 20 faizlə növbəti yerdədir.

Bəs ən sakit sürücülər haradadır?

Sorğuda ölkələrdəki sürücülər öz yol davranışlarını da qiymətləndiriblər. Bu baxımdan Avstraliya 2,7 bal ilə ən sakit sürücülərin olduğu ölkə kimi göstərilib. Kanada 2,8, Fransa və Niderland isə 2,9 bal alıb.

Maraqlıdır ki, sürücülərin nəzakəti ilə bağlı ümumi təsəvvürlər yolda davranışla hər zaman üst-üstə düşmür. Buna görə də araşdırma müəllifləri nəticələrin ölkələr haqqında mütləq hökm deyil, respondentlərin şəxsi təcrübə və qavrayışlarını əks etdirdiyini vurğulayırlar.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR