Diş çürüməsi Alzheimer yaradır? – Mütəxəssis rəyi

Diş çürüməsi Alzheimer yaradır? – Mütəxəssis rəyi
Kateqoriya məlum deyil
T

Ağızda yaranan bəzi problemlər insan orqanizmindəki digər xəstəliklərin əlaməti ola bilər. Araşdırmalar göstərir ki, ağız boşluğunda yaranan xroniki iltihab və infeksiyalar beyin sağlamlığı ilə də əlaqəli ola bilər.

Sfera.az xəbər verir ki, Mərmərə Universiteti Stomatologiya kafedrasının professoru Pınar Yılmaz Atalı ağız sağlamlığı ilə beyin sağlamlığı arasında əhəmiyyətli bir əlaqənin olduğunu bildirib.

Onun sözlərinə görə, ağız sağlamlığı yalnız dişlərin vəziyyəti ilə məhdudlaşmır; ürək-damar sistemi, maddələr mübadiləsi, beyin və ümumi sağlamlığa da birbaşa təsir göstərir. Xüsusilə diş çürüməsi və ağız boşluğunda uzun müddət davam edən xroniki iltihab müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

P. Y. Atalı qeyd edib ki, elmi araşdırmalar diş çürüməsi və ağız boşluğundakı xroniki iltihabla Alzheimer və demans xəstəlikləri arasında əlaqənin olduğunu nümayiş etdirir. Lakin diş çürüməsinin Alzheimer xəstəliyinin birbaşa səbəbi olduğu hələlik sübut edilməyib:

"Ağız boşluğunda yaranan xroniki iltihab beyində müəyyən mexanizmləri işə sala və bu xəstəliklərlə bağlı proseslərə təsir göstərə bilər. Ona görə də dişlər gündə ən azı iki dəfə effektiv şəkildə fırçalanmalı, ağız boşluğunda yaranan infeksiya və digər problemlər vaxtında müalicə edilməlidir. Həmçinin ağız sağlamlığının mütəmadi yoxlanılması üçün hər altı aydan bir stomatoloqa müraciət etmək tövsiyə olunur".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR