Mask Avropa ölkəsini almaq istəyir?

Mask Avropa ölkəsini almaq istəyir?
Kateqoriya məlum deyil
T

Amerikalı milyarder və sahibkar İlon Mask zarafatla Böyük Britaniyanı almaq üçün nə qədər vəsait lazım olduğunu soruşub.

Sfera.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Sizcə, neçəyə başa gəlir?” – deyə milyarder yazıb.

Maskın bu şərhi satirik “The Babylon Bee” saytının onun Böyük Britaniyanı “ölkə vətəndaşlarına söz azadlığını qaytarmaq” məqsədilə almağa hazırlaşdığı barədə paylaşımına cavab olaraq verilib.

Maraqlıdır ki, Mask 2017-ci ildə də “Twitter”i (hazırda “X”) almağı təklif edən istifadəçiyə eyni ifadə ilə cavab vermişdi. Bir neçə il sonra isə milyarder sosial şəbəkəni həqiqətən satın aldı.

Bundan əvvəl İlon Mask Londonda internetdə yazılan şərhlərə görə həbslərin sayının dünya üzrə ən yüksək səviyyədə olduğunu iddia edən paylaşımı “X”də repost edib.

“Britaniya hökuməti niyə bu qədər faşistdir?” – deyə Mask paylaşımında yazıb.

Maskın son açıqlaması Böyük Britaniyada söz azadlığı və sosial şəbəkələrdə paylaşımlara görə tətbiq edilən hüquqi tədbirlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR