Portağal yağı faydalıymış: Maraqlı nəticələr

Portağal yağı tərkibindəki antioksidantlar və vitaminlərlə həm dəriyə, həm saçlara qulluqda istifadə olunur. Onun üz, saç və dəri üçün faydalarının olduğu bildirilir.
Bəs portağal yağından necə istifadə edilməlidir?
Sfera.az xəbər verir ki, portağal yağı tərkibindəki vitamin və antioksidantlarla dəri və saç baxımında istifadə olunan təbii yağlardan biridir.
Xüsusilə saçlara parlaqlıq verməsi və dərinin daha sağlam görünməsinə kömək etməsi ilə diqqət çəkir.
Portağal yağının saç üçün istifadəsi saç tellərinin daha parlaq və canlı görünməsinə, baş dərisinin nəmlənməsinə və saçların yumşalmasına kömək edə bilər. Yağ saç maskalarına əlavə edilərək də istifadə oluna bilər.
Dəriyə qulluq zamanı isə portağal yağının antioksidant xüsusiyyətlərindən faydalanmaq mümkündür. İlk istifadədən əvvəl dərinin kiçik hissəsində test aparmaq da məsləhətdir.
Portağal yağı ev şəraitində də hazırlana bilər. Bunun üçün portağal qabıqları xırda şəkildə sürtgəcdən keçirilir və üzərinə zeytun yağı əlavə edilir. Qarışıq qapalı qabda, sərin və qaranlıq yerdə təxminən bir ay saxlanılır. Bu müddət ərzində qab vaxtaşırı çalxalanmalıdır. Daha sonra süzülərək yağlı hissə ayrılır.
Hazırlanan qarışım saçlara qulluq üçün maska şəklində istifadə edilə bilər. Portağal qabığından hazırlanmış yağ zeytun yağı ilə qarışdırılaraq saçlara çəkilir və qısa müddət saxlanıldıqdan sonra yuyulur. Üz üçün istifadə zamanı isə yağın mütləq duruldulmasına diqqət etmək lazımdır.
Qeyd edək ki, portağal yağı bütün dəri tipləri üçün uyğun olmaya bilər. Xüsusilə sitrus məhsullarına həssaslığı olan şəxslər istifadə zamanı ehtiyatlı olmalıdır.
İradə Elsevər






