Uitkoff Putinə təşəkkür etdi

Uitkoff Putinə təşəkkür etdi
Kateqoriya məlum deyil
T

ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyada dörd ildən çox həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın azadlığa buraxılmasına görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.

Sfera.az xəbər verir ki, Uitkoff bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Putinə Gilmanın humanitar əsaslarla əfv edilməsinə və proses boyunca şəxsən iştirakına görə minnətdarlığını bildirib.

Uitkoff qeyd edib ki, Gilman ABŞ-a qayıtdıqdan sonra onu ölkəyə gəlişi zamanı qarşılayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Jared Kuşnerlə birlikdə Gilmanın azadlığa buraxılmasını təmin etmək üçün səylər göstərib.

ABŞ rəsmisi azadlığa çıxan Gilmanla təyyarənin salonunda çəkilmiş fotoları da paylaşıb.

Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio da Gilmanın azad edilməsinə görə Rusiyaya təşəkkür edib. Rubio Moskvanın bu addımını müsbət qiymətləndirərək, ABŞ-ın Rusiyanın humanitar jestini yüksək dəyərləndirdiyini vurğulayıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR