“iPhone Air 2” nə vaxt satışa çıxacaq?

“Apple”ın 2027-ci ilin əvvəlində təqdim etməyə hazırlaşdığı ikinci nəsil “iPhone Air” modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Sfera.az xəbər verir ki, “Apple” analitiki Ceff Punun (Jeff Pu) yaydığı hesabata əsasən, “iPhone Air 2”modelinin texniki xüsusiyyətləri və satışa çıxma vaxtı məlum olub.
Məlumata görə, şirkət yeni smartfonunu 2027-ci ilin birinci rübündə təqdim edərək satışa çıxarmağı planlaşdırır.
“iPhone Air 2”-nin xüsusiyyətləri
Bildirilir ki, ikinci nəsil modeldə mövcud Fusion obyektivinə əlavə olaraq 48 meqapiksellik ultra geniş bucaqlı ikinci arxa kamera yer alacaq.
Bundan başqa, cihaz istifadəçilərə daha kiçik Dynamic Island dizaynı ilə təqdim ediləcək.

Performans baxımından smartfonun TSMC şirkətinin 2 nanometrlik istehsal prosesi ilə hazırlanan A20 Pro prosessoru ilə təchiz ediləcəyi bildirilir. Simsiz şəbəkə və 5G bağlantısı üçün isə “Apple”ın hazırladığı ikinci nəsil N2 və C2 çiplərindən istifadə olunacağı qeyd edilir.
Sızdırılan məlumata görə, “iPhone Air 2” modeli 6,5 düymlük ekran, 12 GB RAM və 18 meqapiksellik ön kamera ilə təchiz ediləcək.
Qeyd edək ki, “Apple” hələlik “iPhone Air 2” modeli ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də yayılan məlumatlar qeyri-rəsmi sızıntılar hesab olunur.
Mənsumə






