Daha bir "TikTok" qurbanı: Altıncı mərtəbədən yıxılaraq öldü
Yaponiyada 14 yaşlı Ruka adlı məktəbli qız sosial şəbəkə platforması "TikTok"da canlı yayım etdiyi zaman yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq həyatını itirib.
Sfera.az xəbər verir ki, məlumata görə, hadisə zamanı canlı yayım açan yeniyetmə qız hələlik bilinməyən səbəbdən eyvandan aşağı düşüb.
Başından ağır xəsarət alan qızın hadisə yerində öldüyü bildirilir.
Rukanın dostlarının və sosial şəbəkə izləyicilərinin sözlərinə görə, o, son dövrlərdə müxtəlif şəxsi problemlər və psixoloji təzyiqlərlə mübarizə aparırmış. Bildirilir ki, yeniyetmə canlı yayım zamanı “Acam”, “Qorxuram” və “Bu təhlükəlidir” ifadələrini işlədib. Bundan dərhal sonra yayım qəfil kəsilib.
Faciənin canlı yayım zamanı baş verməsi Rukanın dostları və izləyiciləri arasında böyük sarsıntı və kədərə səbəb olub.
Yaponiya polisi 14 yaşlı qızın ölümünün bədbəxt hadisə, yoxsa intihar olduğunu müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalar davam edir.
İradə Elsevər






