Rusiyada kəskin istilər gözlənilir

Rusiyada kəskin istilər gözlənilir
Kateqoriya məlum deyil
T

Rusiyanın paytaxtı Moskvada bu həftənin ikinci yarısında havanın temperaturunun kəskin yüksələcəyi gözlənilir.


Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata əsasən, 5-7 avqust tarixlərində, yəni çərşənbə, cümə axşamı və cümə günləri gündüz saatlarında paytaxtda güclü isti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-32 dərəcə isti olacağı proqnozlaşdırılır.


Nazirlik sakinlərə və şəhər qonaqlarına gün ərzində daha çox su qəbul etməyi, baş geyimindən istifadə etməyi, təbii parçalardan hazırlanmış geyimlər geyinməyi və mümkün qədər kölgədə qalmağı tövsiyə edib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR