Rusiyada zəlzələ baş verdi

Baykal gölü ərazisində zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar Buryatiya Respublikasının Tankhoy yaşayış məntəqəsindən 6 kilometr aralıda, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 06:00) qeydə alınıb.
Zəlzələnin episentrində təkanların gücü 12 ballıq şkala üzrə 4,7 bala çatıb. Nikola qəsəbəsi və Baklaşi kəndində 3 ballıq, “Aviator” və “İzumrud” bağ massivlərində isə 2 ballıq təkanlar hiss olunub. İrkutsk şəhərində seysmoloji cihazlar 2 ballıq göstərici qeydə alıb.
Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb. Bildirilib ki, bütün infrastruktur obyektləri normal rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, may ayının sonunda da Baykal gölünün akvatoriyasında zəlzələ baş vermişdi. Həmin zəlzələnin maqnitudası 3,6-dan yüksək olmayıb.
İyul ayının sonunda isə Rusiyanın Xabarovsk diyarında 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
İnci
Sfera.az






