“Vəziyyətləri heç yaxşı deyil”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib. O, İranın hazırkı vəziyyətinin yaxşı olmadığını bildirib.
Sfera.az xəbər verir ki, Tramp ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda İranla bağlı danışıqların aparıldığını açıqlayıb.
“Bu gün İranla bağlı görüşlərim var. İran çox pis vəziyyətdən keçir. İran nüvə silahına sahib olmayacaq. Vəziyyətləri heç yaxşı deyil”, - deyə Tramp bildirib.
ABŞ və İran arasında gərginlik son dövrdə daha da artıb. İrandan verilən açıqlamalarda diplomatik təmasların davam etdiyi bildirilsə də, hələlik gözlənilən konkret addım atılmayıb.
Qeyd edək ki, Tramp daha əvvəl BMT Baş Assambleyasının iclası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bildirib. Pezeşkianın Baş Assambleyada iştirak etmək üçün sabah ABŞ-da olması gözlənilir.
Mənsumə






