2026-nın ən çox satılan telefon markaları açıqlanıb - Siyahı

2026-nın ən çox satılan telefon markaları açıqlanıb - Siyahı
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk yarısında qlobal smartfon bazarında ən çox satış həyata keçirən markalar məlum olub. Bazarda ümumi daralmaya baxmayaraq, “Samsung” liderliyini qoruyub.

Sfera.az xəbər verir ki, Counterpoint Research-in açıqladığı qlobal bazar analizinə görə, 2026-cı ilin ilk yarısında “Samsung” 22 faiz bazar payı ilə dünyanın ən çox satılan smartfon markası olub. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb.

Qlobal smartfon tədarükünün ikinci rübdə 7 faiz azalmasına baxmayaraq, “Samsung”-un satışlarını artırmasında qiymət siyasəti və bazardakı rəqabət dinamikası mühüm rol oynayıb.

“Apple” isə “iPhone 17” seriyasının dəstəyi ilə illik müqayisədə 13 faiz böyüyərək ikinci sırada qərarlaşıb. Şirkət ikinci rübdə qlobal smartfon bazarının 21 faizinə sahib olub.

“Xiaomi” isə yaddaş xərclərinin artması fonunda satışlarında 26 faizlik azalma yaşasa da, 11 faiz bazar payı ilə üçüncü pillədə qalıb.

Siyahının dördüncü sırasında 10 faiz bazar payı ilə “Oppo”, beşinci pilləsində isə 8 faizlə “Vivo” qərarlaşıb.

Beləliklə, qlobal smartfon bazarındakı ümumi daralmaya baxmayaraq, aparıcı istehsalçılar sıralamadakı mövqelərini qoruyublar.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR