Hörmüzdən yan keçən kəmər yenidən işə düşəcək

Hörmüzdən yan keçən kəmər yenidən işə düşəcək
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçməyə imkan verən əsas Şərq-Qərb neft kəmərinin fəaliyyətini bərpa etməyə başlayıb.

Sfera.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, hazırda kəmərin yenidən işə salınması üzrə ilkin mərhələyə başlanılıb.

Məlumata əsasən, Ər-Riyad bu həftənin sonunadək kəmər vasitəsilə neft ixracını bərpa etməyi planlaşdırır. Məlumatı açıqlayan şəxslər məsələnin ictimaiyyətə açıq olmaması səbəbindən anonim qalmağı xahiş ediblər.

Neft treyderləri də artıq Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına tankerlərin gəlməsində artım müşahidə edildiyini bildiriblər. Bu isə kəmər vasitəsilə neft tədarükünün bərpasına hazırlıq getdiyinə işarə kimi qiymətləndirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin fəaliyyəti sentyabrın 11-də bir sıra hücumlardan sonra təhlükəsizlik tədbiri olaraq dayandırılıb. Kəmər vasitəsilə əvvəllər gündə təxminən 4 milyon barel neft nəql edilirdi. Bu həcm qlobal neft tədarükünün təxminən 4 faizinə bərabərdir.

Kəmərin bərpası Səudiyyə Ərəbistanına neft ixracının bir hissəsini Hörmüz boğazından yan keçməklə həyata keçirmək imkanı verəcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR