Tuba Ünsal Türkiyəni bu ölkəyə dəyişdi

Tuba Ünsal Türkiyəni bu ölkəyə dəyişdi
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa və keçmiş model Tuba Ünsal həyatında yeni qərar verib. Qızı Sarənin Parisdəki məşhur “Lycée Molière” məktəbinə qəbul olunmasından sonra Ünsal oğlu Civan Merti də özü ilə apararaq Parisə köçüb.

Sfera.az xəbər verir ki, Ünsal İstanbuldan ayrılmaq qərarı ilə yanaşı, sevgilisi Emir Ulusoyla münasibətini də bitirdiyini açıqlayıb.

Ünsalın Murat Pilevneli ilə münasibətindən dünyaya gələn qızı Sare Parisdə yerləşən “Lycée Molière” məktəbinə qəbul olunub. Qızının təhsilində başlayan bu yeni mərhələdən sonra Ünsal Mirgün Cabasla münasibətindən olan oğlu Civan Merti də özü ilə götürərək Parisə köçüb.

Məlumata görə, Ünsal 2024-cü ilin oktyabrından birlikdə olduğu Emir Ulusoyla münasibətini Parisə köçməsi səbəbindən davam etdirə bilməyəcəyini düşünüb və ayrılmaq qərarına gəlib.

Beləliklə, Tuba Ünsal həm İstanbuldan ayrılıb, həm də təxminən iki il davam edən münasibətinə son qoyub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR