Tələbənin "saxta sənəd" iddiası yalan çıxdı — Şirkətdən reaksiya

Tələbənin "saxta sənəd" iddiası yalan çıxdı — Şirkətdən reaksiya
Kateqoriya məlum deyil
T

Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin Diş həkimliyi fakültəsinə qəbul olan tələbə Ülviyyə Həsənova ilə “Beynəlxalq Təhsil Mərkəzi” arasında yaranan anlaşılmazlıq tamamilə aradan qaldırılıb.

Sfera.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, vasitəçiliklə universitetə qəbul olan və Özbəkistanda qarşılanaraq yataqxanaya yerləşdirilən tələbə, kənar şəxsin “Rəsmi qəbul yoxdur, sadəcə dəvət məktubudur” iddiasına inanaraq aldadıldığını zənn edib və sosial şəbəkədə narazılıq videosu paylaşıb.

Məsələ dərhal araşdırılıb və tələbənin rəsmi qəbul aldığı təsdiqlənib. Təhsil mərkəzinin direktoru Ramal Şəmşədli bildirib ki, tələbənin qəbul məktubu tam qanunidir və oxşar iddialar əsassızdır:

"Səmərqənd Dövlət Tibb Universitetinə qəbul olan tələbələrin qəbul məktublarının olmadığı və ya saxta olduğu iddia olunurdu. Həmin tələbənin və digər şəxslərin rəsmi qəbul məktubları var. Sadəcə, qeydiyyatın tamamlanması üçün universitetə ilkin təhsil haqqı ödənilməlidir. Bu ödəniş olunmadığı üçün universitet qeydiyyata götürmürdü. Bütün tələbələrimiz tam qanuni şəkildə dövlət universitetlərinə daxil olublar və narahatlığa heç bir əsas yoxdur”.

Mərkəz tələbə və valideynlərə müraciət edərək, bu cür hallarla qarşılaşdıqda kənar şəxslərin əsassız iddialarına inanmamağı və sualları birbaşa mərkəzin özü ilə dəqiqləşdirməyi tövsiyə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR