Oğuzhan Koçun ev davası bitdi: Kirayəyə 11 min manat ödəyəcək

Türkiyəli müğənni və aktyor Oğuzhan Koç 2019-cu ildən yaşadığı İstanbuldakı evin kirayə haqqı ilə bağlı ev sahibi ilə məhkəməlik olub.
Sfera.az xəbər verir ki, ev sahibi İstanbul Sulh Hüquq Məhkəməsinə müraciət edərək 2024-cü il üçün mənzilin aylıq kirayəsinin 350 min türk lirəsi müəyyən edilməsini tələb edib.
Məhkəməyə təqdim etdiyi ərizədə Oğuzhan Koç kirayə haqqını illər ərzində mütəmadi şəkildə artırdığını bildirib. Müğənni ev sahibinin tələb etdiyi məbləğin mənzilin mövcud bazar şərtlərinə uyğun olmadığını deyib.
Türkiyə mediasında yayılan məlumata görə, məhkəmə prosesinin ardından mənzilin yeni kirayə haqqı müəyyən edilib. Məhkəmə Oğuzhan Koçun ev sahibinə aylıq 324 min türk lirəsi (11 300 manat) kirayə ödəməsinə qərar verib.
Beləliklə, 85 min TL olan aylıq kirayə haqqı təxminən 4 dəfə artıb.
İradə Elsevər






