21 min işçi süni intellekt dalğasının qurbanı oldu

21 min işçi süni intellekt dalğasının qurbanı oldu
Kateqoriya məlum deyil
T

ABŞ-ın texnologiya nəhngi Oracle, süni intellekt strategiyaları və yenidənqurma planları çərçivəsində son bir ildə 21 min əməkdaşını işdən azad edib. Bu, şirkətin ümumi işçi qüvvəsinin təxminən 13%-i deməkdir.

Sfera.az xəbər verir ki, şirkətin hesabatına görə, işçi sayı 162 mindən 141 minə düşüb. Əsas səbəb kimi süni intellektin əməliyyat proseslərinə inteqrasiyası göstərilir. Oracle rəhbərliyi bu tendensiyanın gələcəkdə də davam edə biləcəyini açıqlayıb.

Maliyyə göstəricilərinə də ciddi təsir olub: təminat və yenidənqurma xərcləri 1,84 milyard dollara yüksəlib. Bu, ötən ilki 374 milyon dollarlıq göstəricidən beş dəfədən çox artımdır.

Oracle rəhbərliyi xəbərdarlıq edir ki, bu miqyaslı dəyişikliklər müəyyən sahələrdə ixtisaslı işçi çatışmazlığına və qısamüddətli məhsuldarlıq itkisinə səbəb ola bilər.

Qlobal miqyasda isə süni intellektin yüksəlişi iş bazarında ciddi narahatlıqlar doğurur. Layoffs.fyi platformasının məlumatına görə, yalnız bu il texnologiya sektorunda 121 mindən çox işçi işini itirib.

Altay

Sfera.az

PAYLAŞ