Dörd böyük zəlzələ - Dünən dünya "silkələndi"

Dörd böyük zəlzələ - Dünən dünya "silkələndi"
Kateqoriya məlum deyil
T

Son 24 saatda dünya bir sıra zəlzələlərin təsiri ilə beşik kimi "silkələnib".

Sfera.az xəbər verir ki, son bir gündə dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər narahatlıq doğurub.

Venesuela, Yaponiya və ABŞ-da baş verən ən böyük təkanlar 7,5 bal gücündə qeydə alınıb, onlarla insan ölüb, yüzlərlə insan yaralanıb.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Venesuelanın Yaracuy əyalətində, Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə zəlzələ baş verib.

İlk zəlzələdən cəmi 39 saniyə sonra San Felipedən 24 kilometr şimal-şərqdə bu dəfə 7,2 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Zəlzələlərin dərinliyi Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr olaraq ölçülüb.

Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez zəlzələlərdə 32 nəfərin öldüyünü və 700-dən çox insanın yaralandığını açıqlayıb.

Vasif

Sfera.az

PAYLAŞ