Hakan Fidan Aİ-nin dəstəyini yüksək qiymətləndirdi

“Türkiyə olmadan Avropa İttifaqı beynəlxalq səviyyədə kifayət qədər təsirli ola bilməz, eyni zamanda Aİ olmadan Türkiyə də bölgədə lazımi dəstəyə malik olmayacaq”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“İqtisadi, siyasi və təhlükəsizlik problemlərini birgə həll etmək üçün Avropa çərçivəsində birləşməyimiz vacibdir. Aİ-nin Türkiyəsiz natamam olacağına inanırıq. Aİ və Türkiyə inteqrasiya prosesini sürətləndirməlidir”,– deyə Fidan əlavə edib.
Nazir vurğulayıb ki, Ankara bu məsələdə güclü öhdəlik nümayiş etdirir və Almaniya kansleri Fridrix Merzin Türkiyəyə Aİ-nin dəstək bəyanatını "dəyərli addım" adlandırıb. Fidan əlavə edib ki, son illərdə qərarlar və hadisələr inteqrasiya prosesini ləngidib, lakin bu, yeni başlanğıc üçün fürsətdir və texniki məsələlər vaxtında həll oluna bilər.
Fidan Hacızadə
Sfera.az






