Dəmirtaş azadlığa buraxıla bilər - "Məhkəmə qərarına hörmətlə yanaşacağıq"

Dəmirtaş azadlığa buraxıla bilər - "Məhkəmə qərarına hörmətlə yanaşacağıq"
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Səlahəddin Dəmirtaşın azadlığa buraxılması növbəti məhkəmə qərarından asılı olacaq.

 

Sfera.az xəbər verir ki, o, bu barədə bazar ertəsi Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Türkiyənin Dəmirtaşın işi üzrə əvvəlki qərara yenidən baxılması ilə bağlı müraciətini rədd etməsinə münasibət bildirərkən danışıb.


“Biz hüquqi dövlətik. Biz yerli məhkəmənin verdiyi qərara əməl edəcəyik”, – deyə “NTV” Ərdoğanın sözlərindən sitat gətirib.


Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə bu gün səhər saatlarında jurnalistlərə açıqlamasında bildirib ki, Strasburq məhkəməsinin qərarından sonra Dəmirtaşın vəkilləri apellyasiya şikayəti veriblər və hazırda “Ankara Regional Məhkəməsi”nin qərarı gözlənilir.


Xatırladaq ki, oktyabr ayında Türkiyə AİHM-in Böyük Palatasına Xalqların Demokratiya Partiyasının keçmiş həmsədri Səlahəddin Dəmirtaşın işi üzrə qərara yenidən baxılması üçün petisiya göndərmişdi. Dəmirtaş 2016-cı ildə terror istintaqı çərçivəsində həbs edilib və daha sonra 42 il müddətinə azadlıqdan məhrum olunub.


Qeyd edək ki, iyulun 8-də AİHM onun həbsi ilə bağlı qərarını təkrarlayaraq, Dəmirtaşın hüquqlarının pozulduğunu və həbs müddətinin siyasi motivlərlə uzadıldığını qeyd edib. Məhkəmə Türkiyə hakimiyyətinə siyasətçiyə mənəvi zərərin ödənilməsi də daxil olmaqla təzminat verməyi tapşırıb.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR