Logo

"Ermənistan ordusunda əsgər ölümlərinin sayı mətbuatda yazılandan daha çoxdur" - Hərbi ekspert

"Ermənistan ordusunda əsgər ölümlərinin sayı mətbuatda yazılandan daha çoxdur" - Hərbi ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan ordusunda əsgər ölümlərinin sayı artır.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev  deyib ki, Ermənistan Müdafiə nazirliyində qeyri-döyüş şəraitində baş verən ölüm hadisələrinin ən geniş şəkildə yayılan növü  “naməlum şəraitdə güllə yarasından ölüm” fikri ilə əlaqədardır.

“Dünən Vaqe Baqrat Arutyunyan, sentyabrın 2-də hərbçi Edqar Aleksanyan, iyulun 3-də isə müqaviləli əsgər Sarkis Xaçatryanın naməlum şəraitdə aldığı güllə yarasından öldüyü məlum olub. Bunlara səbəb fərari ordusunda nizam-intizamın aşağı səviyyəsidir”.

Ekspertin sözlərinə görə, qeyd olunanlar yalnız mətbuatda dərc olunan hadisələrdir. “Reallıqda isə rəqəmlər daha böyükdür”, - Ə.Verdiyev yekunlaşdırıb.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR