“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

ABŞ-nin televiziya kanalı olan HBO “Bitcoin”in yaradıcısı kimi tanınan Satoşi Nakamoto haqqında sənədli film çəkib. Hələ yayımlanmayan sənədli filmdə “Bitcoin”in necə yaradılması, onu yaradanın kimliyi haqqında ətraflı məlumat yer alıb.

 

Sfera.az xəbər verir ki, “Bitcoin”in yaradıcısının Satoşi Nakamoto təxəllüslü bir şəxsin olduğu birjalara məlumdur. Amma onun şəxsiyyəti haqqında hər hansı məlumat yoxdur. İddialara görə, yeni sənədli filmdə Satoşi Nakamotonun kimliyinə aydınlıq gətirilib.

 

“Bitcoin” 2009-cu ildə istifadəyə verilib və hazırda ən bahalı kriptovalyutadır. Onun istifadəyə verilməsi internet əsrinin ən böyük maliyyə hadisələrindən biri hesab olunur. Satoşi Nakamoto təxəllüsünü daşıyanın kimliyi bilinərsə, o, dünyanın ən varlı adamlarından biri olacaq. Çünki onun 1,1 milyon ədəd “Bitcoin”ə sahib olduğu ehtimal edilir.

 

Hazırkı qiymətlə bu qədər “Bitcoin”in dəyəri 66 milyard dollardan çoxdur. “Bitcoin”in yaradıcısı illərdir böyük bir sirr olaraq qalır. 2008-ci ildə “Bitcoin” strukturunu göstərən tezisi dərc etdikdən sonra Satoşi müxtəlif forumlar və e-poçtlar vasitəsilə layihəni hazırlayan kriptoqrafiya mütəxəssisləri ilə əlaqə saxlayıb. Lakin 2010-cu ildə qəflətən yoxa çıxıb və ondan bir daha xəbər alınmayıb.

 

Bu illər ərzində bir çox insan Satoşi Nakamotonun kimliyini anlamağa çalışıb. “Bitcoin”in yaradıcısının kim olduğunun aşkarlanması təkcə maliyyə dünyasında deyil, həm də siyasi arenada böyük təsir göstərə bilər. Sənədli filmdən sonra kriptovalyuta dünyasında və ondan kənarda böyük dalğalanmalar gözlənilir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...