"İsrail İrana qarşılıq verərsə, cavabımız daha güclü olacaq" -Abbas Əraqçi

"İsrail İrana qarşılıq verərsə, cavabımız daha güclü olacaq" -Abbas Əraqçi

"İranın İsrailə qarşı kütləvi raket hücumu başa çatıb. Yəhudi dövləti cavab verərsə, Tehranın yeni hücumu daha güclü olacaq".

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

 

“Bu axşam (1 oktyabr) biz BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, Qəzza və Livanda soyqırımıdan məsul olan yalnız hərbi və təhlükəsizlik obyektlərini hədəfə alaraq özünümüdafiə etdik. İsrail rejimi əlavə qisas almağa qərar verənə qədər əməliyyatımız başa çatmış hesab edilə bilər. Onlar yeni cavab tədbirinə əl atarsa, bu ssenaridə cavabımız daha güclü olacaq”, - nazir qeyd edib.

 

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ballistik raketlərlə İsrailə kütləvi zərbə endirib. Bütün İsraildə hava xəbərdarlığı elan edilib və mülki şəxslər sığınacağa yerləşdirilib. Daha sonra SEPAH bildirib ki, buraxılan raketlərin 90%-i təyin olunmuş hədəfləri vurub.İsrail rəsmiləri daha əvvəl İranın kütləvi raket hücumu həyata keçirdiyini bildiriblər.Ən son məlumatlara görə, İsrailə doğru 180-ə yaxın raket atılıb. İsrail bildirib ki, onların əksəriyyəti məhv edilib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu böyük səhv adlandırıb və Tehranın buna cavab verəcəyini bəyan edib: "İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmimizi anlamır".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR