Bu insanların ömrü 9 il uzanır - ARAŞDIRMA
Media
11:52 / 24.09.2024
5949
İdman və sağlamlıq arasındakı əlaqəni araşdıran alimlər həftədə 5 gün qaçmağın insan ömrünü 9 il uzatdığı qənaətinə gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə “Preventive Medicine” dərgisində elmi məqalə yayımlanıb.
Alimlər 6000 insanın DNT-si üzərində tədqiqat aparıblar. Məlum olub ki, mütəmadi idmanla məşğul olan, xüsusilə həftədə 5 gün qaçan insanların xromosomlarının uc hissəsində olan telomerlərin uzunluğu heç idman etməyənlər ilə müqayisədə daha uzundur.
Bu səbəbdən idmanla məşğul olan insanlarda hüceyrələrin qocalması prosesi daha ləng baş verir.
Ülkər Abdurahmanlı