Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

Cənubi Karolinada 13 ildən sonra İLK EDAM GERÇƏKLƏŞDİ

ABŞ-nin Cənubi Karolina ştatında 13 ildən sonra ilk dəfə ölüm cəzası tətbiq edilib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Freddi Ouens ötən gecə Cənubi Karolina ştatının Kolumbiya şəhərindəki Broad River İslah İnstitutunda edam edilib. Ouensə Pentobarbital adlı dərman vurulub.

 

Belə ki, Ouens 1997-ci ildə silahlı soyğun və adam öldürməkdə təqsirli bilinib. O zaman 17 yaşı olan Ouens İren Qreyvs adlı kassiri öldürməkdə ittiham olunurdu. Ouens ona qarşı bu ittihamları rədd edib. Eyni işdə təqsirləndirilən dostu və müttəhim Stiven Qolden Ouensə qarşı ifadə verməyə razılaşıb.Ouensin edamından iki gün əvvəl Qolden “Mənim vicdanım rahat deyil” deyərək yeni açıqlama verib. 

 

Qolden deyib ki, prokurorlar ona Ouensə qarşı ifadə verəcəyi təqdirdə ölüm və ya ömürlük həbs cəzası almayacağını deyiblər. Şahidin yeni ifadəsindən sonra Freddinin vəkilləri edamın dayandırılması üçün müraciət etsə də, Dövlət Ali Məhkəməsi ərizəni rədd edib. Şahid aidiyyəti orqanlara Ouens haqqında “yalan ifadə verdiyini” bildirib.46 yaşlı Ouensin son yeməyi iki çizburger, kartof qızartması, bir steyk, altı toyuq qanadı, iki çiyələkli soda və bir dilim alma piroqu olub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...