Maksim Qalkin və Alla Puqaçova övladlarını göstərdilər - FOTO


Maksim Qalkin və Alla Puqaçova övladlarını göstərdilər - FOTO

Rusiyalı şoumen Maksim Qalkin “İnstaqram” səhifəsində sentyabrın 18-də 11 yaşını qeyd edən övladları Liza və Harrinin iki fotosunu yerləşdirib.

 

Sfera.az bildirir ki, Maksim və Alla övladlarının olmasını sirr olaraq saxlayıblar. Əkizlərin doğulması həmin il oktyabrın 6-da məlum olub.


Anaları müğənni Alla Puqaçova olan qardaş və bacı 11 rəqəmi olan şarlardan ibarət piramidaların fonunda fotosessiyaya çəkiliblər. İkinci fotoda Liza və Harri qəşəng yeniyetmə görünüşlərində poza veriblər.


Qalkin fotoya heç bir başlıq yazmasa da, paylaşımın “xarici agent tərəfindən yayıldığını” bildirən lövhə qoyub. Qeyd edək ki, Qalkin Rusiya Silahlı Qüvvələrinin Ukraynaya müdaxiləsinə açıq şəkildə qarşı çıxdıqdan sonra Rusiya Federasiyasında bu siyahıya daxil edilib.


Bildiyiniz kimi, cütlüyün uşaqları surroqat ana tərəfindən dünyaya gəlib. Tibb işçilərindən biri qeyd edib ki, Puqaçova və Qalkin hamilə qadının müşahidə olunduğu perinatal mərkəzə daim baş çəkiblər. Uşaqlar dünyaya gələndə müğənni özü onlara qulluq edib.
 

Maksim Qalkin və Alla Puqaçova 23 ildir ki, birlikdədir, 13 ildir isə rəsmi evlidir.
 

Cütlük müharibə başlayandan sonra Rusiya ərazisini tərk edib. Ailə Ukraynadakı müharibəyə qarşı çıxıb və Putinin siyasətini pisləyib. Açıqlamalarına görə Maksim Qalkin xarici agent statusu alıb. Ailə uzun müddət İsraildə yaşasa da, bu yaxınlarda Kiprə köçmək qərarına gəlib. Orada, medianın məlumatına görə, Alla Puqaçovanın səhhətində problemlər yaranmağa başlayıb, buna görə ailə müğənninin öz evinin olduğu Yurmalaya gedib, orada yaşamağı planlaşdırır.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabirabadda ticarət mərkəzində yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad şəhəri, Muğan prospektində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barəd...

İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə TANIŞ OLDU

12:17   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış ol...

Bakıda körpüdə 2 maşın yandı- FOTO

Bu gün Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az DİN-in Nəqliyyatı İntellektual İd...

Ən qısqanc 5 BÜRC - Başqalarının uğurunu qəbul edə bilmirlər

Qısqanc insanlarla ünsiyyət qurmaq çox çətin ola bilər. Çünki onlar başqalarının uğurunu qəbul edə bilmirlər və düşünürlər ki, həmişə öndə olmalıdırlar. Xüsusil...

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi oldu - FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.   Bu ba...

“Ev işləri xanımları xəstə salır” - Aytən Səfərova

“İşdən evə gedən kimi, çantamı qoyub keçirəm sobanın yanına. Əyləşmirəm. Başlayıram yemək bişirməyə. Bir gün əvvəldən bunu etmək alınmır”.  ...