Azərbaycan əhalisi nə qədər donuz əti istehlak edir? - RƏQƏMLƏR

Azərbaycan əhalisi nə qədər donuz əti istehlak edir? - RƏQƏMLƏR

Azərbaycanda ət istehlakının bir hissəsini donuz əti istehlakı təşkil edir. Son illərdə donuz əti istehlakında 20 faiz artım qeydə alınıb. 


Sfera.az xəbər verir ki, Azərbaycan donuz ətinə olan tələbatının çox hissəsini idxal hesabına ödəyir. 


2023-cü ildə əhali 10 402 ton donuz əti istehlak edib. Bunun təxminən 10 min tonu idxal edilib, 492 tonu isə ölkəmizdə istehsal olunub. 


Azərbaycanda donuz əti istehsalı artmadığına görə tələbatı ödəmək üçün idxal artırılıb. 2018-ci ildə 8,3 min ton olan idxal ötən il 10 min tona çatıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR