Türkiyədə BÖYÜK ƏMƏLİYYAT: Terrorçulara işləyən kiberşəbəkə üzvləri SAXLANILDI
Türkiyədə terrorçulara şəxsi məlumat satan kiberşəbəkə üzə çıxıb.
Sfera.az bildirir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları terror təşkilatlarına şəxsi məlumatları satan kiberşəbəkə aşkarlayıb.
“Milli Kəşfiyyat Təşkilatı, Jandarma və Kiber İnsidentlərə Müdaxilə Mərkəzinin (USOM) birgə əməliyyatı nəticəsində şəxsi məlumatları ələ keçirərək dünya üzrə terror təşkilatlarına satan kibercasusluq şəbəkəsi üzə çıxarılıb. Nəticədə 11 nəfər həbs olunub” - telekanal bildirib.
Məlum olub ki, xaricdə də ofisləri olan kibercasusluq şəbəkəsi bir çox ölkədən əldə etdiyi şəxsi məlumatları tələb edən hər kəsə, o cümlədən terror təşkilatlarına ötürür.
Məlumatda həmçinin istintaqın davam etdiyi, təşkilat üzvlərinin həbs edildiyi, bir çox saytların bloklandığı qeyd olunub.
Günay