“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA

“Aksiyada saxlanılan olmayıb” – DİN-dən AÇIQLAMA
Bu gün bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.

Sfera.az xəbər verir ki, aksiya zamanı bir sıra şəxlərin saxlanıldığı iddia edilsə də Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bunu təkzib edib:

"Bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.

Əzizə Zeynal 


 

OXŞAR XƏBƏRLƏR