Dünyanın ən gözəl sözü bu imiş - MƏNASI...
Dünyanın ən gözəl sözü seçilib. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən, bu ada Yeni Zelandiyanın yerli maori dilinə məxsus "kaitiakitanga" sözü layiq görülüb. Sfera.az xəbər verir ki, "kaitiakitanga" sözü insanın təbiət qarşısındakı məsuliyyətini, onu qorumaq və gələcək nəsillər üçün mühafizə etmək borcunu ifadə edir. Maori xalqının dünyagörüşünə görə, insan təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi və qoruyucusudur. Məlumata görə, "Dünyanın ən gözəl sözü" nominasiyası ilk dəfə