Uşaqlar musiqini daha erkən qavrayırmış

Uşaqlar musiqini daha erkən qavrayırmış
Kateqoriya məlum deyil
T

Alimlər müəyyən ediblər ki, körpələr musiqini düşündüyümüzdən xeyli əvvəl qəbul etməyə başlayırlar. Lakin musiqinin ritminə uyğun hərəkət etmək qabiliyyəti daha gec formalaşır.

Sfera.az xəbər verir ki, Vyana və Roma şəhərlərində fəaliyyət göstərən tədqiqatçılar həyatın ilk ilində musiqinin körpələrin beyin və hərəkətlərinə təsirini araşdırıblar. Araşdırmada 3, 6 və 12 aylıq 79 körpə iştirak edib. Tədqiqat zamanı uşaqların beyin fəaliyyəti xüsusi elektrodlarla izlənilib, eyni zamanda onların hərəkətləri bir neçə kameranın köməyi ilə qeydə alınıb. Körpələrə həm uşaq mahnılarının orijinal instrumental versiyaları, həm də ritmi və melodiyası pozulmuş variantları dinlədilib.

Nəticələr göstərib ki, hətta 3 aylıq körpələrin beyni həqiqi musiqiyə qarışıq səslərdən daha güclü reaksiya verir. Bu isə musiqinin qavranılması mexanizminin həyatın ilk aylarından formalaşdığını göstərir. Bununla belə, musiqinin ritminə uyğun məqsədli hərəkətlər yalnız 12 aylıq uşaqlarda müşahidə olunub. Daha kiçik yaşlı körpələr musiqi və adi səslər qarşısında demək olar ki, eyni şəkildə hərəkət ediblər. Alimlərin fikrincə, bu, eşitmə və hərəkət sistemlərinin fərqli sürətlə inkişaf etməsi ilə bağlıdır. Araşdırma müəllifləri hesab edirlər ki, musiqini qəbul etmək qabiliyyəti doğuşdan etibarən mövcud olsa da, ritmə uyğun hərəkət etmə bacarığının tam formalaşması üçün beynin inkişafına daha çox vaxt lazımdır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ