“Spice Girls”in sonuncu subayı da evlənir

Mel C kimi tanınan Melanie Chisholm (Melani Çişolm) gizli saxlamağa çalışdığı sevgilisi avstraliyalı model Chris Dingwall (Kris Dinquoll) ilə evlənir. Qeyd edək ki, “Spice Girls” qrupunum subay qalan sonuncu üzvüdür.
Sfera.az bildirir ki, 52 yaşlı “Spice Girl” üzvü (Melani Çişolm qırx yaşlarında olduğu düşünülən Krislə nişanlandığını rəsmi şəkildə açıqlamayıb, Mel C, evlənən sonuncu “Spice Girl”dir. O, artıq bütün qrup yoldaşlarını toya dəvət edib. Bu həftəsonu yenidən görüşmək qrupun ilk hiti olan "Wannabe"nin 30-cu ildönümünə təsadüf edir.

Lakin Viktoriya Bekhem hazırda FİFA Dünya Kuboku üçün Amerikada olduğu üçün bu böyük günü qaçıracaq. Bir mənbə: "Hər kəs “Sporty Spice”ın FİFA Dünya Kuboku finalı ərəfəsində evlənməsinə çox təəccüblənir. Onun sonda Krislə Avstraliyaya köçə biləcəyi hissi var. O, artıq "The Voice"un Avstraliya versiyasında yarışır və 17 yaşlı qızı Skarlet ilin sonunda universitetə başlayacaq”-deyə bildirib.
Mel ilk dəfə avstraliyalı model və yazıçı Krislə münasibətlərini 2024-cü ildə, aylarla davam edən şayiələrdən və məşhurların tanışlıq tətbiqi “Raya”da tanış olduqdan sonra açıq şəkildə elan edib.
Melin əvvəllər keçmiş meneceri Co Marşall ilə yeddi illik münasibəti var idi və bu münasibət 2015-ci ildə başa çatıb. Keçmiş sevgilisi Tomas Starrdan Skarlett adlı bir qızı var.

Sevgilisi haqqında verdiyi müsahibədə belə deyib:
"O, çox sakitdir. Onunla çox əyləncəlidir... birlikdə məşq edirik. Çox oxşar xüsusiyyətlərimiz və həyat tərzlərimiz var."
Mel əvvəllər evlənmək niyyətində olmadığını bildirsə də, sonradan klinik depressiyasının daimi tənhalıqla daha da ağırlaşdığını etiraf etmişdi.
1990-cı illərin sonlarında “Spice Girls”in şöhrətinin zirvəsində Mel C-nin qrup yoldaşlarının əksəriyyəti münasibətdə idi. Viktoriya Devid Bekhemlə evləndi və 1999-cu ilə qədər ilk övladları dünyaya gəldi. Mel B ilk əri Cimmi Gülzarla 1998-ci ildə evləndi və eyni zamanda ilk övladını dünyaya gətirdi. Emma Buntonun hazırkı əri Ceyd Cons ilə romantik münasibətləri 1999-cu ildə başlayıb.
1990-cı illərdə Melin bir neçə münasibətləri var idi, o cümlədən 1997-ci ildə Robbi Uilyamsla qısa bir münasibət yaşamışdı.

2022-ci ildə yazdığı xatirələrində müğənni Robbinin onun qəlbini qırdığını və pis rəftar etdiyini açıqlayaraq, əvvəlcə xəyanət etdiyini və sonra birdən-birə onu tərk etdiyini iddia edib.
2000-ci ildə Mel “5ive”dən olan digər oğlan qrupu ulduzu Cey Braun ilə dörd aylıq münasibətə başlayıb. Hələ də onunla dost olduğunu etiraf edərək Ceyi "gözəl keçmiş sevgilisi" adlandırır.
Aynil
