Saç kəsildikdən sonra həqiqətən daha sürətlə uzanırmı?
Bir çox insan nə qədər tez-tez saçını kəsdirsə, saçların bir o qədər sürətlə uzanacağını düşünür. Lakin bu, geniş yayılmış yanlış fikirdir. Sfera.az xəbər verir ki, “Grazia” nəşrinin yazdığına görə, saç kəsimi onların uzanma sürətinə təsir göstərmir. Çünki saç baş dərisində yerləşən saç follikullarından uzanır, qayçı isə yalnız artıq uzanmış hissəyə təsir edir. Orta hesabla saç ayda təxminən 1–1,5 santimetr uzanır. Bununla belə, bu göstərici genetika, yaş, hormonal vəziyyət və orqanizmin ümumi