"Getcontact"da nömrənizi gizlətməyin yolu — VİDEO

"Getcontact"da nömrənizi gizlətməyin yolu — VİDEO
Kateqoriya məlum deyil
T

"Getcontact" tətbiqində nömrənizə qoyulmuş təqlərin (etiketlərin) kənar şəxslər tərəfindən görünməsini məhdudlaşdırmaq və ya tamamilə silmək mümkündür.

Sfera.az bildirir ki, istəmədiyiniz etiketləri tətbiqin öz içindən təmizləyə bilərsiniz. Bunun üçün tətbiqə daxil olaraq "Profil" bölməsindən "Təqlərim" hissəsinə keçmək lazımdır. Gizlətmək istədiyiniz etiketin üzərindən sola çəkərək "Sil" və ya "Şikayət et" düyməsini sıxmaq kifayətdir. Təsdiqdən sonra həmin ad profilinizdə görünməyəcək.

Əgər nömrənizin ümumiyyətlə tətbiqdə axtarışa verilməsini və təqlərin görünməsini istəmirsinizsə, nömrəni bazadan tamamilə çıxara bilərsiniz. Rəsmi saytın "Visibility Settings" (Görünürlük ayarları) bölməsinə daxil olaraq görünürlüyü söndürmək lazımdır. Qaydalar çərçivəsində tətbiq olunan bu məhdudiyyətdən sonra nömrəniz 24 saat ərzində Getcontact sistemində görünməz olur.

Nəzərə almaq lazımdır ki, öz profilinizi gizlətdikdə digər şəxslərin də təqlərini görmək imkanınız məhdudlaşır./demokrat


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR