Logo

Osimhenin milyonluq avtomobili gündəm oldu

Osimhenin milyonluq avtomobili gündəm oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qalatasaray”ın ulduzu Viktor Osimhen bu dəfə futbol meydanındakı çıxışı ilə deyil, istifadə etdiyi lüks avtomobillə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, ulduz futbolçu “Ferrari” markalı avtomobili ilə görüntülənib.

Avtomobilin dizaynı, idman üslubu və diqqətçəkən detalları böyük marağa səbəb olub.

Dünyaca məşhur futbolçuların lüks avtomobillərə olan marağı ilə tez-tez gündəmə gəldiyi məlumdur. Osimhen də avtomobil kolleksiyası ilə diqqət çəkən futbolçular sırasında yer alır.

Məlumata görə, qazancının bir hissəsini müxtəlif investisiyalara yönəldən futbolçunun qarajında çoxsaylı idman və xüsusi hazırlanmış avtomobillər var.

Qeyd edək ki, Osimhenin lüks avtomobil kolleksiyasının ümumi dəyərinin təxminən 300 milyon türk lirəsi olduğu bildirilir.

İradə Elsevər

Sfera.az

Osimhenin milyonluq avtomobili gündəm oldu — foto 1
Osimhenin milyonluq avtomobili gündəm oldu — foto 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR