Şəkil paylaşdı, milyonluq sərvət ortaya çıxdı - FOTO

Şəkil paylaşdı, milyonluq sərvət ortaya çıxdı - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Melisa Aslı Pamuk sosial media hesabında paylaşdığı son fotosu ilə diqqət çəkib. Futbolçu Yusuf Yazıcı ilə evli olan aktrisanın paylaşımında yer alan lüks avtomobil, saat, çanta və üzüyün ümumi dəyərinin təxminən 91 milyon TL olduğu iddia edilib.

Sfera.az xəbər verir ki, qara atlaz libasla kamera qarşısına keçən Pamukun fotosunda "Lamborghini Urus" avtomobili, "Patek Philippe" saatı, "Hermes" çantası və iri brilyant üzük diqqət çəkib.

Məlumata görə, Pamukun fotosessiya zamanı yanında olduğu narıncı və qara dəri salonlu "Lamborghini Urus" avtomobilinin Türkiyədə bazar dəyərinin təxminən 70 milyon TL olduğu bildirilir.

Aktrisanın biləyindəki saat da diqqətdən yayınmayıb. Onun taxdığı çəhrayı qızılı rəngli "Patek Philippe Nautilus" modelinin qiymətinin təxminən 10 milyon TL olduğu iddia edilir.

Pamukun istifadə etdiyi "Hermes Kelly" çantasının ikinci əl bazarında təxminən 1 milyon TL dəyərində olduğu qeyd olunur.

Fotosundakı digər diqqətçəkən detal isə iri solitaire üzüyüdür. Təxminən 5-7 karat olduğu ehtimal edilən oval kəsimli brilyant üzüyün qiymətinin daşın keyfiyyətindən asılı olaraq 5-9 milyon TL arasında dəyişir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR