Jennifer Lopezin görüntüsü heyrətləndirdi - FOTO

Dünyaca məşhur müğənni və aktrisa Jennifer Lopez 57 yaşında da formada qalması ilə diqqət çəkib. Santa Monikada idman zalına gedərkən görüntülənən sənətçinin fit görünüşü maraq doğurub.
Sfera.az xəbər verir ki, sıx iş qrafikinə baxmayaraq idmanı diqqətdən kənarda qoymayan Lopez məşqdən sonra Nyu-Yorka yollanıb.
Ulduz növbəti gün Manhettendə övladları və dostları ilə naharda görüşüb. Ötən il Ben Affleck ilə münasibətinə son qoyan Jennifer Lopez hazırda həyatında yeni mərhələyə qədəm qoyub. Övladlarının universitet təhsili üçün evdən ayrılmağa hazırlaşması da müğənninin həyatında dəyişiklik yaradıb. O cümlədən, Lopezin lüks brendlərdən biri ilə əməkdaşlığı, yeni dünya turu və aktyorluq layihələri üzərində çalışdığı bildirilir.
İradə Elsevər
Sfera.az







