Ümumdünya Emoji Günüdür
17 iyul – Ümumdünya Emoji Günü (World Emoji Day) kimi qeyd edilir. Sfera.az xəbər verir ki, bu gün müasir cəmiyyətdə son dərəcə populyar olan simvollara, elektron kommunikasiya sistemində istifadə etdiyimiz işarələrə (piktoqram, ideoqram və gülüş işarələrinə) həsr edilib.Gün qeyri rəsmi olsa da, hər il populyarlığı artır. Bir şəxsin əhval-ruhiyyəsini, duyğularını simvollaşdırmaq, müxtəlif obyektləri, həm də müəyyən həyat vəziyyətlərini təsvir edə bilən simvollar “emoji” adlanır. 2014-cü ildən