Yaşlandıqca davranışları dəyişir - Narsistlərlə bağlı MARAQLI ARAŞDIRMA

Yaşlandıqca davranışları dəyişir - Narsistlərlə bağlı MARAQLI ARAŞDIRMA

Narsistik şəxsiyyət xüsusiyyətlərinə sahib olanların yaşlandıqca daha yetkin davrandıqları müəyyən edilib. 

 

Sfera.az xəbər verir ki, Amerika Psixoloji Dərnəyinin (APA) nəzərdən keçirilən Psixoloji Bülleten jurnalında dərc edilən araşdırma, narsistik insanların yaşlandıqca daha empatik, səxavətli və münasib olduqlarını ortaya qoyub. 

 

Tədqiqata keçmişdə iştirakçıların narsissizm səviyyələrinin zamanla necə dəyişdiyini öyrənən 51 araşdırma daxil edilib. Bu çərçivədə 8-77 yaş arası 37 min 247 adamın məlumatları araşdırılıb. İştirakçıların 52 faizi qadınlar, 48 faizi isə kişilər olub. 

 

Tədqiqatların əksəriyyəti ABŞ, Kanada və Qərbi Avropada, biri Çində, biri isə Yeni Zelandiyada aparılıb. 

 

Araşdırmada üç fərqli narsisizm növü tədqiq edilib.

 

Böyük narsisizm: bu, üstünlük hisslərini və heyranlığa güclü ehtiyacı ehtiva edir.

Antaqonist narsisizm: təkəbbür, emosiyaların olmaması və aşağı empatiyanı təsvir edir.

Nevrotik narsisizm: zəif emosional nəzarət və həssaslıq hallarında baş verir. 

 

Alimlər ümumiyyətlə aşkar ediblər ki, hər üç növ narsisizmin səviyyəsi uşaqlıqdan qocalığa qədər azalır.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...