Ümumdünya Emoji Günüdür

Ümumdünya Emoji Günüdür

17 iyul – Ümumdünya Emoji Günü (World Emoji Day) kimi qeyd edilir. 

 

Sfera.az xəbər verir ki, bu gün müasir cəmiyyətdə son dərəcə populyar olan simvollara, elektron kommunikasiya sistemində istifadə etdiyimiz işarələrə (piktoqram, ideoqram və gülüş işarələrinə) həsr edilib.Gün qeyri rəsmi olsa da, hər il populyarlığı artır.

 

Bir şəxsin əhval-ruhiyyəsini, duyğularını simvollaşdırmaq, müxtəlif obyektləri, həm də müəyyən həyat vəziyyətlərini təsvir edə bilən simvollar “emoji” adlanır. 2014-cü ildən bəri qeyd olunan xüsusi günün hər kəsin qoşula biləcəyi, flaş-moblarda iştirak etməyə imkan yaradan öz veb saytı belə var.

 

"Emoji" yapon sözüdür, “Şəkil, işarə, simvol"  mənasını verir. "Şəkildəki işarə" və ya "şəkildəki xarakter" kimi tərcümə olunur.

 

Şiqetaka Kurita tərəfindən 1990-cı illərin sonunda yaradılan emojilər, özəlliklə son illərdə artan ağıllı telefon istifadəsi ilə birlikdə dünyada bir fenomenə çevrilib. Şiqetaka emoji sistemi hazırlayıb və sonradan bu işarələr inkişaf etdirilərək artıq mobil telefonlar və kompüterlərə köçürülüb. Yalnız Yaponiyada mövcud olan emoji sistemi dünyada yayılmağa başlayıb.“Emojipediya” adlı emojilərin mənasını izah edən bir onlayn ensiklopediya da yaradılıb.

 

Fidan
 


OXŞAR XƏBƏRLƏR