Bakıda keçirilən Hindistan sərgisindən REPORTAJ
Hindistanın milli geyimləri, təbii ipəkdən şərfləri, zinət əşyaları, qab-qacağı, təbii daşları, xalçaları, ümumiyyətlə milli mədəniyyət nümunələri göz oxşayır. Artıq illərdir ki, paytaxtımızda Hindistan sərgisi keçirilir. Ənənəvi hal alan sərgiyə baş çəkmək üçün Amay Ticarət Mərkəzinə üz tutduq. İçəri ayaq basandan hind musiqiləri qulağımızda səsləndi. Sərgidə Hindistanın əl işi olan çantalar, ayaqqabılar, dəri kəmərlər və bir çox əşyalar satışa çıxarılıb. Hindistandan gələn qonaqların sərgidə