"Qladiatorlar şəhəri"ndə BİR GÜN - FOTOREPORTAJ

"Qladiatorlar şəhəri"ndə BİR GÜN - FOTOREPORTAJ
Kateqoriya məlum deyil
T

Yəqin ki, bu şəhərə ən çox arzulanan və ən çox səyahət edilən yerlərdən biri deyə bilərik. Söhbət İtaliyanın paytaxtı Romadan gedir.

 

Sfera.az bildirir ki, 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər",  yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır.  

 

 

Rəvayətə görə, bünövrəsi e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən qoyulub.  Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanıb. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur. Digər bir mənbəyə görə,  Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub "hünər, qoçaqlıq" mənasını daşıyır.

 

Roma zəngin tarixi, antik çağdan qalma mədəniyyət abidələri, turistik yerləri ilə hər zaman diqqət mərkəzindədir. Qədim dövrlərdə qladiator döyüşlərinin keçirildiyi Romanı həm də "Qladiatorlar şəhəri" adlandırırlar.

 

Əməkdaşımız hər il milyonlarla turistin səfər etdiyi şəhərdən maraqlı fotoreportaj hazırlayıb.

 

Həmin görüntüləri təqdim edirik:

 

 

Fotolar: Anar Bayramlı
Türkan

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
PAYLAŞ