Bu öpüş böcəyinin hədəfi sadəcə dodaqlardır - FOTO


Bu öpüş böcəyinin hədəfi sadəcə dodaqlardır - FOTO

Yay aylarında evə basqın edən böcəklər zaman-zaman qorxulu anlar yaşamağa səbəb olur. Bu həşəratların ən qorxulusu triatominadır. Triatomina xalq arasında “öpüş hörümçəyi” kimi tanınır.
 

Sfera.az bildirir ki, Triatomina - Reduviidae fəsiləsinə aid heyvan yarımfamiliyasıdır. Adı qatil hörümçək və ya öpüş hörümçəyidir.


ABŞ-da, xüsusən də cənub ştatlarında tez-tez rast gəlinən bu hörümçəyi digərlərindən daha təhlükəli edən bir şey var.
 

Latın Amerikasında tez-tez rast gəlinən “çaqas” (chagas) xəstəliyinə səbəb olan bu hörümçək insanları tam olaraq dodaq nahiyəsindən dişləyir, qanı məhz dodaq nahiyəsindən sormağı xoşlayır.


Erkən aşkarlanması son dərəcə çətin olan çaqas xəstəliyi yalnız inkişaf etmiş mərhələlərində özünü biruzə verir.


Dodaqlarda və göz qapaqlarında şişlik və iltihaba səbəb ola bilən bu hörümçəklər adətən axşam saatlarında “qurbanlarını” hədəf alırlar.


Gördüyünüz kimi, aşkar edilməsi çox çətin olsa da, bu hörümçəyi harada görsəniz, ondan qaçın.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR