Logo

Təcavüzə qarşı alət ixtira etdi - FOTO

Təcavüzə qarşı alət ixtira etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada qadınların təhlükəsizliyini təmin etmək məqsədilə irəli sürülən bir çox təşəbbüslər olub, lakin bunların arasında ən çox müzakirə edilən və mübahisə doğuran layihələrdən biri Cənubi Afrikalı tibb işçisi Sonnette Ehlersin ixtirasıdır.

Sfera.az xəbər verir ki, illər əvvəl zorakılığa məruz qalmış bir qadının yaşadığı travma zamanı dilə gətirdiyi "Kaş ki, orada dişlərim olsaydı" sözlərindən ilhamlanan Ehlers, qadınları qorumaq üçün böyük fədakarlıqla "Rape-aXe" adlı qoruyucu vasitə işləyib hazırlamışdı.

İxtira necə işləyirdi?

Tampon kimi daxil edilən bu xüsusi lateks qoruyucunun içərisində tikanlı və dişli qarmaqlar nəzərdə tutulmuşdu. Hücum zamanı həmin tikanlar təcavüzçüyə bərk yapışır və cihazı yalnız xəstəxana şəraitində (cərrahi yolla) çıxarmaq mümkün olurdu. Bu mexanizm qadına qaçmaq və kömək istəmək üçün vaxt qazandırmaq məqsədi daşıyırdı.

Niyə reallaşmadı?

İxtirakin geniş şəkildə yayılması və kütləvi istehsalı üçün səfərbərlik başlanılsa da, proses gözlənilən istiqamətdə inkişaf etmədi. Mütəxəssislər və ekspertlər bu cür cihazın cinayətkarı daha da qəzəbləndirə biləcəyini, vəziyyəti daha qəddar və idarəolunmaz həddə çatdıracağını əsas gətirərək onu zərərli və qeyri-etik hesab etdilər.

Nəticədə, Sonnette Ehlersin illərini və böyük səylərini həsr etdiyi bu layihə istifadəyə verilə bilmədi və praktiki olaraq tarixə qarışdı.

Bəsti Rəfizadə

Sfera.az

Fotolar3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR