Övladınız dərslərdə çətinlik çəkirsə, səbəbi bu ola bilər! – Ekspertlərdən xəbərdarlıq

Məktəblərin açılmasına az bir vaxt qalmış mütəxəssislər uşaqların təhsil həyatına sağlam başlaması üçün profilaktik müayinələrin vacibliyinə diqqətçəkir. Gözdən qaçan görmə və eşitmə problemləri şagirdin lövhəni izləməsini, müəllimi anlamasını və öyrənmə prosesini mənfi təsir edə bilər.
Sfera.az xəbər verir ki, ekspertlər vurğulayır ki, uşaqlar yalnız xəstələnəndə deyil, sağlam olduqları vaxt da müntəzəm nəzarətdə saxlanılmalıdır. Uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi dr. A. Oğuz Pektaşın sözlərinə görə, sağlam uşaq izləmi boy-çəki inkişafının izlənməsini təmin edir və olası xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edir.
Məktəbəqədər dövrdə xüsusilə görmə və eşitmə sınaqlarının keçirilməsi vacib sayılır. Görmə qüsuru olan uşaq lövhəni görməkdə çətinlik çəkdiyi halda, eşitmə problemi olan uşaq müəllimin izahlarını və tapşırıqlarını tam qavraya bilmir. Bu səbəbdən də dərslər başlamazdan əvvəl ümumi tibbi müayinə tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, inkişaf yalnız fiziki göstəricilərlə məhdudlaşmamalı nitq, motorika, sosial və emosional sahələr də nəzarətdə saxlanılmalıdır. Boy və çəki ilə yanaşı, uşağın yaşına uyğun psixomotor inkişaf mərhələləri qiymətləndirilməlidir.
Profilaktik müayinələr zamanı uşağın peyvənd cədvəli, inkişaf tempi və ümumi səhhəti nəzərdən keçirilir, tələb olunan analizlər fərdi qaydada təyin olunur. Hər uşağa eyni qan analizi və ya tarama testlərinin tətbiq edilməsi düzgün sayılmır; ehtiyaclar uşağın yaşına və risk faktorlarına əsasən müəyyənləşdirilir.
Sağlam uşaq izləmi doğuşdan başlayan uzunmüddətli bir prosesdir.
Müntəzəm müayinələr vasitəsilə uşaqların fiziki inkişafı izlənməklə yanaşı, qidalanma, yuxu rejimi, ekran istifadəsi və gündəlik vərdişlər haqqında valideynlərə də lazımi tövsiyələr verilir. Ekspertlər xəstəliklərin ortaya çıxmasını gözləmədən, riskləri vaxtında müəyyən etməyin vacibliyini xatırladır.
Mənsumə






